Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi

0

  •         28 may tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Xalq  Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə münasibətilə ümumrayon tədbiri keçirildi.
            Tədbirdə Xocalı rayon İcra Hakimiyyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
            Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
            Xocalı rayon Mədəniyyət evində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı.
            Sonra tədbirdə Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov və Xocalı rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Anar Əliyev çıxış etdilər. Çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyənin yaranma tarixindən, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlərdən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayışıdı ilə əldə olunan uğurlardan, dövlət quruculuğundan danışdılar. Çıxışlarda bildirildi ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu Respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
            Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
            1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elann edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəzulzadənin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınsli və başqalarının böyük xidmətləri olub.
            Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə  - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Demokratik Respublikası rəsmi surətdə tanıyan ilk dövlət 4 iyun 1918-ci ildə Osmanlı dövləti olmuşdur.
            100 il əvvəlki müstəqil Azərbaycanın  taleyinə uzunömürlülük yazılmayıbmış. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920- ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
            1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu.
            1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyinin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.
            Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov dedi ki, Çar İmperiyasının devrilməsindən sonra Azərbaycanın ziyalı şəxslərinin fəallığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Hər bir xalq üçün müstəqil dövlət əvəzolunmaz sərvət olmaqla bərabər, onun şöhrəti və şərəfidir.
            XX əsrin əvvəllərində itirilmiş müstəqilliyi Azərbaycan yenidən həmin əsrin sonlarında qazandı. Lakin tarixin bütün mərhələlərində aydın olmuşdur ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaq, ona nail olmaq daha çətin proseslərdən keçir, qarşıya müxtəlif maneələr çıxır.
            Ümummilli liderimiz, dünya siyasətçisi, böyük təcrübə və təfəkkür sahibi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətini, Azərbaycan xalqını silas etdi. Müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.
            Azərbaycanın xilası, inkişafı və müstəqilliyi üçün, ölkəmizi beynəlxalq arenada şərəflə təmsil edən həmişəyaşar dahi şəxsiyyət  - Heydər Əliyevi qədirbilən xalqımız tarixlər boyu unutmayacaqdır.
            Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın inkişafı yeni vüsət almışdır.
            Tədbir Xocalı rayon mədəniyyət işçilərinin hazırladığı bədii hissə ilə davam etdirildi.
            Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə münasibətilə keçiirlən ümumrayon tədbiri xoş ovqatla yekunlaşdı.

                                          





















































      


























    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib41 dəfə
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi

    Maraqlı gələ bilər
    48
    310